
İspaniya “Real Madrid"i futbolçusu Qonsalo Qarsiya ilə müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Madrid təmsilçisi ilə 5 illik sözləşmə imzalayıb.
Qarsiya ötən mövsüm “kral klubu”nun əvəzedici komandasının heyətində 25 qol vurub. O, əsas heyətdə debütünü 2023-cü ilin noyabrında edib. İspaniyalı oyunçu ümumilikdə 12 oyunda şans qazanıb və beş qol vurub.
Qonsalo Qarsiya yeni mövsümdə “Real Madrid”də 16 nömrəli formanı geyinəcək.