Almaniyanın “Borussiya Dortmund” klubu mövsümlərarası fasilədə gözlənilməz problemlə üzləşib.

 

Sportnet.az “SportBild” nəşrinə istinadən xəbər verir ki, klubun bazası və ev stadionu sanitariya inspektorları tərəfindən yoxlanılıb və mətbəxin tələb olunan standartlara cavab vermədiyi müəyyənləşdirilib.

 

Avadanlıqların yenilənməsi kluba 11 milyon avroya başa gəlib ki, bu da Dortmund təmsilçisinin transfer büdcəsinin azalmasına səbəb olub.

 

Qeyd edək ki, Almaniya təmsilçisi ötən mövsüm Bundesliqada 4-cü yeri tutaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. “Borussiya” yeni mövsümə avqustun 18-də Almaniya Kubokunda “Essen”ə qarşı oyunla başlayacaq. Komandanə beş gün sonra Bundesliqanın 1-ci turunda “Sankt-Pauli” ilə qarşılaşma gözləyir.