
Rusiya millisinin qapıçısı Matvey Safonov Fransanın PSJ klubundan ayrılmaq istəmir.
Sportnet.az "L’Equipe"ə istinadən xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı qolkiperə karyerasını başqa komandalarda davam etdirmək variantlarını təklif edib.
Safonovun bu təklifdən imtina etdiyi bildirilir. O, Fransanın paytaxtında özünü xoşbəxt hiss edir.
Daha əvvəl PSJ komandanın əsas qapıçısı Canluici Donnarummanı İngiltərə "Tottenhem"i ilə keçiriləcək UEFA Superkuboku oyununun iştirak ərizəsinə daxil etməyib. İddia olunur ki, klub italiyalı qolkiperi getməyə məcbur edir.
Qeyd edək ki, Matvey Safonov 2024-cü ilin yayında "Krasnodar"dan PSJ-yə keçib. O, son mövsüm ərzində 17 oyunda iştirak edib.