Sabiq FIFA referisi, hazırda İngiltərə Hakimlər Komitəsinin (PGMOL) rəhbəri vəzifəsində çalışan Hovard Uebb gələn həftə məhkəmə qarşısında dayanacaq.
Sportnet.az-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, Uebb Qadın Super Liqasının keçmiş hakimi Liza Bennin işi ilə bağlı PGMOL adından ifadə verəcək.
Benn iddia edir ki, bu qurum onu sabiq köməkçi-hakim Çtiv Çaylda qarşı şikayətindən sonra işindən uzaqlaşdıraraq, karyerasını məhv edib.
2023-cü ildə Çayld Bennə kişilər arasında turnirdə fiziki zorakılıq göstərib və hədələyib. Bundan sonra qadın hakim FIFA hakimləri siyahısında yerini itirib və ildə 20 min funtdan məhrum olub.
Benn birbaşa diskriminasiya, zorakılıq və ədalətsiz kənarlaşdırılmasına görə kompensasiya tələb edib.





































































