2026-cı il dünya çempionatına son 2 vəsiqə uğrunda qitələrarası pley-off oyunlarında iştirak edəcək komandaların tam tərkibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, son 2 vəsiqə uğrunda İraq, Konqo DR, Yamayka, Boliviya, Surinam və Yeni Kaledoniya milliləri mübarizə aparacaq.
"6-lıq"dan reytinqcə ən yüksəkdə olan 2 yığma - İraq və Konqo DR birbaşa finalda oynayacaq. Qalan 4 iştirakçı isə mübarizəyə yarımfinaldan başlayacaq. Onların DÇ-2026-ya vəsiqə qazanmaları üçün iki mərhələ keçmələri lazım gələcək.
Bütün pley-off matçları Meksikanın Qvadalaxara və Monterrey şəhərlərində təşkil olunacaq. Püşkatma isə noyabrın 20-də baş tutacaq.









































































