Azərbaycan Premyer Liqasının oyunlarını idarə etməkdən mövsümün sonunadək kənarlaşdırılmış FIFA referisi Əliyar Ağayevə beynəlxalq təyinat gəlib.
Sportnet.az xəbər verir ki, 39 yaşlı ədalət təmsilçisi Belarus və Suriya yığmaları arasında keçiriləcək yoldaşlıq görüşündə iş başında olacaq.
İyunun 5-də Minskdəki Milli Stadionda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri qismində yardımçı olacaqlar.
Həmin gün saat 21:00-da start götürəcək Moldova - Bolqarıstan görüşü isə azərbaycanlı daha bir FIFA referisi Tural Qurbanova tapşırılıb. Kişineudakı "Zimbru" stadionunda keçiriləcək oyunda hələlik yan xətt hakimlərindən biri müəyyənləşib. Bu, Cəmil Quliyevdir. Digər laynsmanın adı bəlli deyil.



















































































