
Türkiyənin "Antalyaspor" klubunun prezidenti Gültekin Gencer maraqlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, 5-ci dəfə "Qızıl top" aldığı üçün "Barselona"da forma geyinən Lionel Messini təbrik edən klub prezidenti argentinalının 5 ildən sonra Türkiyəyə gələcəyini deyib.
O, FİFA-nın mükafatlandırma tədbirinə ali futbol qurumunun dəvəti əsasında qatılıb. G.Gencer Messi ilə birgə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşıb.