FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisədə 22 pillə geriləyib. 
Hazırda 269 xala malik yığma 134-cü mövqedədir. Belə geriliyə martın 26-da keçirilmiş yoldaşlıq görüşündə Qazaxıstana 0:1 hesablı məğlubiyyət ciddi təsir edib. Əvəzində rəqib bu qələbə və Gürcüstanla səfər matçındakı 1:1 hesablı heç-heçə sayəsində 9 pillə irəliləyərək, 300 xalla 116-cı mövqedə qərarlaşıb. Halbuki ötən ay məhz Azərbaycan millisi bu qədər xala malik idi. 
Ən çox geriləmə Arubaya məxsusdur - 24 pillə. Bu ölkə hazırda 259 xalla 137-cidir.  
Qeyd edək ki, növbəti reytinq siyahısı mayın 5-də açıqlanacaq.









                 





    
    
    
    
    
    
    
    
    





















































