
"Cəbhədəki hadisələr barədə məlumatlıyam. Komanda yoldaşlarım deyiblər. Üstəlik, baş verənləri sosial şəbəkələrdən də öyrənmişəm. Bunlar bir tərəfdən məyusedici, digər tərəfdən, hərbi əməliyyatların artıq dayandırılması sevindiricidir. Hətta Braziliyadakı dostlarım da mənimlə əlaqə saxlayaraq, vəziyyətlə maraqlanıblar. Mən də ümumi məlumat vermişəm". Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Reynaldo cəbhədə baş verənlərlə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, "Qarabağ" adının məsuliyyəti böyükdür: "Mən bir daha əmin oldum ki, hansı komandanın formasını geyinirəm. Təkcə mən yox, bütün komanda "Qarabağ" adının əhəmiyyətini başa düşür. Məqsədimiz odur ki, növbəti oyunda da azarkeşlərimizi gözəl oyun və qələbələrlə sevindirək".
Reynaldo qol vurduqdan sonra formasının altında üzərində "Qarabağ Azərbaycanındır" sözləri yazılmış maykanı nümayiş etdirməməsinin səbəbini də açıqlayıb: "Mən bildiyim qədərilə elə hərəkətlər etsəm, cəzalandırıla, sarı vərəqə ala bilərəm. Ancaq belə şey etməkdənsə, əsas ürəkdir".