1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daninin qolunun əlindən alınmaması ikihakimiyyətlik yaratdı
Azərbaycan Premyer Liqasının bombardirlər yarışında ikihakimiyyətlilik yaranıb. Sportnet.az-ın məlumatına görə, ən çox qol vuran futbolçu 1 yox, artıq 2 nəfərdir. Bu, "Zirə”nin salvadorlu hücumçusu Nelson Bonilyaya çatan "Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintanadır.
O, "Kəpəz”lə matçda fərqlənməklə komanda yoldaşı Riçard Almeydanı arxada qoyub. Azərbaycanda debüt mövsümünü keçirən Kintananın gəncəlilərə vurduğu qol az qala əlindən alınacaqdı. Çünki ilkin olaraq "Kəpəz”in kapitanı Tural Axundovun avtoqol etdiyi yazılsa da, sonradan PFL səhvini düzəldib.
Artıq "Qarabağ”lılar bombardirlər siyahısında yuxarı pillələrdə çoxluq təşkil edir. Əvvəla, isveçli hücumçu Samuel Armenteros uzun fasilədən sonra fərqlənərək, vurduğu qolların sayını 7-yə yüksəldib və bir az irəliləyib. Son 1 ayda məhsuldarlıq nümayiş etdirən gənc hücumçu Mahir Mədətovun hesabında isə artıq 6 qol var və o da bombardilər yarışında mübarizəyə qatılıb.