
"Qarabağ" klubunun sabiq futbolçusu Ukraynanın "Volın" və "Dnepr"in U-21 komandası üçün Hindistanda toplanış təşkil edib. Sportnet.az-ın məlumatına görə bu barədə hazırda "Volın"da çıxış edən yarımmüdafiəçi Sergey Kravçenko açıqlama verib.
32 yaşlı futbolçu vaxtilə onunla "Qarabağ"da oynamış dostunun zəng edərək toplanış haqda məlumat verdiyini söyləyib: "O, mənə Hindistanda hansısa turnirin keçiriləcəyini, "Şaxtyor" və "Dinamo" (U-21) ilə əlaqə qurmağımı xahiş etdi. Ona dedim ki, əlaqə var, amma təşkil etmək çətin olacaq. Bu komandaların öz taoplanışı və proqramları var. O isə bildirdi ki, iki gün ərzində bu məsələ həll olunmalıdır. Mən də ona "Dnepr"in U-21 komandasını dedim. Çünki onlar bazada yerləşirlər və heç bir yerə getmirlər. Üstəlik öz komandamı da təklif etdim. Çünki bizim də toplanışımız olmamışdı".
Qeyd edək ki, Sergey Kravçenko 2005-ci ildə "Qarabağ"da çıxış edib.