"Bakı” klubu hazırda yaxşı günlərini keçirmir. Sportnet.az-ın məlumatına görə, maddi durumu pis olan komandanın növbəti mövsüm çıxışını davam etdirib-etdirməyəcəyi hələ də sual altındadır.
Bununla belə, klubun yaşaması üçün səylə və təmənnasız çalışan insanlar az deyil. Onların sırasında "Bakı”nın vitse-prezidenti Yaşar Seyidovu xüsusi qeyd etmək olar. Adətən, biz Seyidovu klubun idarəetmə işlərində görməyə öyrəşmişik.
qol.az saytının aşağıda sizə təqdim etdiyi bu videoda göründüyü kimi, Seyidov meydançanın gübrələnməsi prosesində şəxsən iştirak edir. O, bunun üçün ayrılan traktoru da özü idarə edir.