Bu gün "Azərsun Holdinq”in nəzdindəki Azərsun Akademiyasında "Azərçay” brendinin UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın sponsoru olması ilə bağlı müqavilə imzalanıb. Sportnet.az-ın məlumatına görə, müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və "Azərsun Holdinq”in baş direktoru Savaş Uzan imzalayıblar. Bundan sonra hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim edib.
Savaş Uzan bildirib ki, Azərbaycanda təşkil olunan bütün beynəlxalq tədbirlər "Azərsun Holdinq” olaraq onları sevindirir: "Çünki bu cür tədbirlər həm ölkənin təbliği, həm də konkret fəaliyyət sahəsinin inkişafı baxımından çox vacibdir. Azərçay brendi indiyə qədər bir sıra yerli və beynəlxalq yarışlarda təmsil olunub. UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 önəmli futbol turnirlərindən biridir və inanıram ki, bu idman yarışı yüksək səviyyədə təşkil olunacaq, ölkəmizə gələn qonaqlar məmnun qalacaqlar. "Azərsun Holdinq” və Azərçay-Doğma çay brendi olaraq bu böyük tədbirin ən gözəl şəkildə təşkilinə öz töhfəmizi verə biləcəyimiz üçün çox sevincliyik”.
Elxan Məmmədov "Azərsun Holdinq”in ölkəmizdə təşkil olunacaq Avropa çempionatına xüsusi diqqətlə yanaşması təqdirəlayiq hal sayıb: "Təşkilati işlərdə bizə dəstək verdiyi üçün "Azərsun Holdinq”ə AFFA-nın rəhbərliyi adından təşəkkür edirik. Bilirik ki, Azərçay çox tanınmış brendlərdən biridir və bu brendin Azərbaycanda keçiriləcək U-17-lər arasında Avropa çempionatında bizimlə birgə olması çox xoşdur. Əminəm ki, əməkdaşlığımız məhsuldar olacaq”.
Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 11, Felipe Santos ("Araz-Naxçıvan"), Cesse Sekidika ("Sabah") - hər ikisi 9, Davit Volkov ("Zirə"), Salifu Suma ("Zirə"), Coy-Lens Mikels ("Sabah") - hamısı 8, Pavol Şafranko ("Sabah"), Nəriman Axundzadə ("Qarabağ") - hər ikisi 7 qol.