
Azərbaycan milli komandası Makedoniya yığması ilə 6-cı dəfə görüşəcək. Sportnet.az-ın məlumatına görə, millimiz üçün bu rəqiblə oyunlar bir qayda olaraq uğursuz olub.
Belə ki, Azərbaycan yığması indiyədək makedonlara heç vaxt qalib gələ bilməyib. Yığmalar iniyədək həm rəsmi oyun, həm də yoldaşlıq görüşü çərçivəsində üzləşiblər. Maraqlıdır ki, Azərbaycan və Makedoniya milliləri bunadək Avstriyada görüşüblər və 6 il öncəki həmin matç 1:3 hesablı məğlubiyyətimizlə nəticələnib. Ən maraqlı məqam isə odur ki, hər 2 yığma həmin ölkədə təlim-məşq toplanışı çərçivəsində yenidən mayın 29-da üzləşəcəklər.
Makedoniya millisi Bakıya 2 dəfə səfər edib ki, bunlardan biri "Şəfa” (indiki "İnter Arena”), digəri "Dalğa Arena”da matçlar olub. Mərdəkan qəsəbəsində bu stadionda ilk beynəlxalq oyunumuz məhz makedonlarla olub. Rəqibin kapitanı, ulduz futbolçusu Qoran Pandev vurduğu qolla komandasına qələbə qazandıırb - 1:0.
Xatırladaq ki, Robert Prosineçkinin yetirmələri mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyununu iyunun 3-də Kanada yığması ilə keçirəcək.
Azərbaycan və Makedoniya yığmaları arasında oyunlar
1.27.07.2000. Varna.Yoldaşlıq görüşü. Makedoniya – Azərbaycan - 2:1
2.06.10.2000. Skopye. DÇ-2002-nin seçmə mərhələ oyunu. Makedoniya – Azərbaycan - 3:0
3.05.09.2001. Bakı. DÇ-2002-nin seçmə mərhələ oyunu. Azərbaycan – Makedoniya - 1:1
4.29.05.2010. Avstriya. Yoldaşlıq görüşü. Azərbaycan – Makedoniya - 1:3
5.10.08.2011. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Makedoniya - 0:1