1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sevilya" penaltilərlə qalib gəldi - YENİLƏNDİ
Bu gün futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, İngiltərə, İspaniya, Çexiya və Ukraynada baş tutan təkrar matçlar məhsuldarlığı ilə diqqət çəkib.
Ən məhsuldar və ən gərgin oyun Liverpulda olub. "Liverpul" son 24 dəqiqəqə inanılmaz əzmkarlıq göstərərək 3 qol vurub və uzatma dəqiqələrində qələbəni qoparıb. Bununla da komandanın baş məşqçisi Yurgen Klopp uzun illər çalışdırdığı "Borussiya"nı "diz çökdürüb".
Digər gərgin, maraqlı matç Sevilyada olub. Turnirin son qalibi olan "Sevilya" "Atletik"lə İspaniya derbisində gözlənilmədən edvə uduzub. Hər 2 oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyindən əlavə vaxt təyin olunub. Burada da qalib müəyyənləşmədiyindən oyunsonrası penaltilərə ehtiyac olub. "Atletik"in futbolçusu Benatın zərbəsinin dəqiq olmamağı seriyanın taleyini həll edib. "Sevilya"dan oyunda yeganə qoluna imza atan fransalı hücumçusu Kevin Qameyro qələbəni gətirən penalti zərbəsinin müəllifi olub.
"Şaxtyor" "Braqa"nı evdə darmadağın edib. Futbolda az müşahidə olunan olay - bir futbolçunun iki dəfə avtooql etməsi bu matçda olub. Həmin bəxtsiz futbolçu "Braqa"nın müdafiəçisi Rikardo Ferreyra olub.
"Vilyarreal" "Sparta" ilə səfər matçında da qalib olub. Komandanın afrikalı hücumçusu Sedrik Bakambu bu dəfə də dubl edib.
Avropa Liqası, 1/4 final, cavab oyunları
23:05. "Liverpul" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 4:3
Qollar: Divok Origi, 50, Koutinyo, 66, Mamadu Sako, 77, Deyan Lovren, 90+1 - Henrix Mxitaryan, 5, Pyer-Emetrik Obameyanq, 9, Marko Roys, 57
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Liverpul. "Enfild" stadionu
İlk oyun: 1:1
23:05. "Sevilya" (İspaniya) - "Atletik" (İspaniya) - 1:2 (penaltilərdə - 5:4)
Qollar: Kevin Qameyro, 59 - Aritz Aduris, 57, Raul Qarsiya, 80
Baş hakim: Damir Skomina (Sloveniya)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun: 2:1
23:05. "Sparta" (Praqa) - "Vilyarreal" (İspaniya) - 2:4
Qollar: Borak Doskal, 65, Ladislav Kreyci, 71 - Sedrik Bakambu, 5, 49, Samu Kastellejo, 43, Bruno, 45+1
Baş hakim: Martin Atkinsson (İngiltərə)
Praqa. "Letna" stadionu
İlk oyun: 1:2
23:05. "Şaxtyor" (Ukrayna) - "Braqa" (Portuqaliya) - 4:0
Qollar: Dario Srna, 25, Rikardo Ferreyra, 43 və 74-cü dəqiqələrdə öz qapısına, Viktor Kovalenko, 50
Baş hakim: Pavel Kraloveç (Çexiya)
Lvov. "Lvov Arena"
İlk oyun: 2:1