"Eşitdiyimə görə. AZAL-ın oyunçusu bizim futbolçunu söyüb. Lakin bu məsələni araşdırmaq lazımdır”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri müsahibəsində "Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.
AZAL - "Sumqayıt” matçından sonra Kamran Quliyevlə rəqib komandanın rəsmisi Vaqif Qasımov arasında kiçik insident olub. "Sumqayıt”ın prezidenti məsələyə belə aydınlıq gətirib: "Şişirdiləsi heç nə yoxdur. Oyunda hər şey ola bilər. Mənim narazılığım odur ki, rəqib futbolçular oyun zamanı vaxtı uzadırdılar. Halbuki bizim komandada belə hallar oldan bunun qarşısını almağa çalışırıq. AZAL-ın oyunçuları 2 dəqiqədən bir yerə uzanaraq vaxtı uzadırdıar. Sonra da dərhal ayağa qalxırdılar. Rəqib komandaya hörmətsizlik etmək olmaz”.
Kamran Quliyev AZAL-la münasibətlərinin yaxşı olduğunu vurğulayıb: "AZAL-ın bizə qarşı münasibəti yüksək səviyyədədir. 2 klub arasında hər şey yaxşıdır. Futbolda azarkeş emosiyalarını bayıra atır. Amma təhqir olanda polis onları susdurur. Azarkeşlə futbolçunun arasında böyük fərq var”.
"Sumqayıt”ın prezidenti 2 klub oyunçularının bir-birini təhqir etməsindən xəbərsiz olduğunu vurğulayıb: "Mənim bundan xəbərim yoxdur. Biz qapalı yerdə oturmuşduq”.
O, AZAL-a 0:1 hesablı yenilgini bəxt amili ilə əlaqələndirib: "Bəxtimiz gətirmədi. Düzdür, qapıçımız penalti da qaytardı. Amma məncə bərabərsəviyyəli oyun idi. Hücumçularımız geriləyiblər. Bunun səbəbini bilmirəm”.
Mənbə: futbolxeber.az