
"Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muarem Premyer Liqanın 31-ci turunda "İnter"ə bu gün evdə qalib gəldikləri oyunla bağlı düşüncələrini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 2:0 hesabı ilə qələbə qazandıqları matçda 2-ci qolun müəllifi olan yarımmüdafiəçi "CBC Sport"a açıqlamasında çətin oyunun olduğunu söyləyib: "Bunu bilərək matça ciddi hazırlaşmışdıq. Yaxşı futbol göstərdik və vacib qələbə qazandıq. Qarşıda hələ oyunlarımız var. Bundan sonra da uğurlu çıxış etməyə çalışacağıq. Çempion olmaq istəyirik".