
Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı ilə əlaqədar təbliğati işlər davam edir. Sportnet.az-ın məlumatına görə, təbliğat kampaniyası çərçivəsində Dənizkənarı Bulvarda AFFA tərəfindən quraşdırılmış süni örtüklü meydançada topla janqlyorluq üzrə master-class təşkil edilib.
Bundan başqa flashmob təşkil olunub. Hər iki tədbir böyük tamaşaçı marağına səbəb olub.
Sportnet.az janqlyorluq edən futbolçunun videogörüntülərini təqdim edir...