1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Patrik Kluyvertin oğlu: "Bakıya gələndə atamla məsləhətləşdim"
"Avropa çempionatında bütün komandalar güclüdür. Bizim də yaxşı heyətimiz, güclü futbolçularımız var”. Bunu Sportnet.az-a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Hollandiya yığmasının üzvü Castin Kluyvert deyib.
Gənc hücumçu Bakıda keçiriləcək Avropa çempionatından öncə atası, ötənlərin məşhur futbolçusu Patrik Kluyvertdən məsləhət aldığını qeyd edib: "Bu, karyeramda ilk böyük turnirdir. Səfərə çıxmamışdan öncə atamla danışdım. O, mənə dedi ki, özünə inan, ayaqlarının danışmasına imkan ver”.
Oğul Kluyvert gələcəkdə İngiltərədə çıxış etmək istədiyini vurğulayıb: "Hədəfim Premyer Liqada forma geyməkdir. Nə vaxtsa atam kimi "Barselona”da da oynamaq istərdim”.
Qeyd edək ki, Avropa çempionatında Hollandiya İspaniya, İtaliya və Serbiya ilə birgə D qrupunda yer alıb.