1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Səlahət Ağayev: "İnter"i pis günündə qoyub getməmişdim" - MÜSAHİBƏ
"İnter"in qapıçısı Səlahət Ağayev AZAL-la yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az 25 yaşlı qolkiperin müsahibəsini təqdim edir...
- Yarım mövsümlük aradan sonra "İnter"ə qayıtdınız. Komandada sizi necə qarşıladılar?
- Mən yad yerə yox, öz evimə, doğma komandama qayıtdım. Hər şey normaldır. Yaxşı qarşıladılar.
- Yeni kollektivlə ilk oyununuzdan razı qaldınız?
- Burada "Sumqayıt"da da, "İnter"də də birgə oynadığımız futbolçular var. Heç biri mənə yad deyil.
- Yeni transferlər necə təsir bağışladı?
- Əsasən yerli futbolçular alınıb. Onların hamısı üzdə olanlar, milliyə namizədlərdir. Məncə, hazırkı transferlər əvvəlki iki mövsümdən daha yaxşı nəticələr verməyə qadirdirlər. Buna heyət baxımından imkanlarımız var.
- Kapitan kimi ayrıldığınız komandaya necə qayıtmısınız: Yenə sarğı sizdə olacaq?
- Bu, mənim yox, baş məşqçinin qərarıdır. Kapitan oldum-olmadım, fərqi yoxdur. Daim komanda ilə birgə olacağam. AZAL-la görüşün ilk yarısında kapitan Nizami Hacıyev idi. Fasilədən sonra sarğı mənə etibar edildi.
- Qarşıdakı mövsümdə komandadan nə gözləyirsiniz?
- Bu heyətlə çempionluğa, avrokuboklara doğru irəliləyə bilərik. Uzun marafon üçün geniş heyət seçimimiz var.
- "İnter" azarkeşləri klubun ağır günlərində "Sumqayıt"a getdiyiniz vaxt sizdən incimişdilər. Bu gün geri qayıtmısınız. Onlara hansısa sözünüz var?
- Sözüm yoxdur. Onlar azarkeşdirlər. Azarkeşlərə hörmətimiz var. 7 ildir "İnter"dəyəm. Aşağı yaş qruplarında oynadığım vaxtdan buradayam. "İnter"in yetirməsiyəm. Azarkeşlər mənim üçün nə desələr, normaldır. Amma mən komandanı pis günündə qoyub getməmişdim. Əksinə, yaxşı vaxtlarında, vəziyyəti düzələndə "Sumqayıt"a keçmişdim. Futbolda hər şey olur. Qarşıdakı vaxtlarda yaxşı olacağına ümid edirəm.
- Qapıçılar tez-tez komanda dəyişməyi xoşlamırlar. "Sumqayıt"da cəmi yarım mövsüm çıxış etdiyinizi nəzərə alaraq, demək olarmı ki, ora məcburən yollanmışdın?
- Məcburi deməzdim. "İnter"dən getmə səbəbim başqa bir yaxşı komandadan təklif almağımla bağlı idi. Amma alınmadı. Nəticədə klubsuz qalmamaq üçün "Sumqayıt"da çıxış etdim. Orada əvvəllər də oynamışdım, yad komanda deyildi.
- Ötən mövsüm Georgi Lomaya kimi təcrübəli qapıçı ilə rəqabət aparırdın. Bu il isə gənc Orxan Sadıqlı sənə rəqib olub. Lomaya ilə Sadıqlının fərqi nədədir?
- Peşəkar səviyyədə oynamağa başlayanda Lomayadan çox şey öyrəndim. O, həm insan, həm də qapıçı kimi Azərbaycana gəlib-getmiş ən yaxşılardandr. Orxan da yaxşı qapıçıdır. Məncə, "İnter"də "çərçivə" ilə bağlı problem olmayacaq.
-