Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün taleyinə aydınlıq gəlib. Sportnet.az-lın məlumatına görə, 55 yaşlı almaniyalı mütəxəssis mundialadək postunada olacaq.
Löv bu haqda Almaniya Futbol İttifaqının prezidenti Raynxard Qrindellə görüündə məlumat verib. Onun müqaviləsi 2018-ci ildə bitir.
Almanlar növbəti seçmə mərhələdə millimizlə oyunlarını 2017-ci ildə keçirəcəklər. Martın 26-də ölkəmizdə qonaq olacaq Yoahim Lövün komandası seçmə mərhələdə son matçını oktyabrın 8-də evdə millimizlə keçirəcək. Deməli, bundestim final mərhələsinə çıxa bilməsə, Azərbaycanla oyun Löv üçün postunda son matç olacaq.
Xatırladaq ki, Löv artıq 10 ildir rəhbərlik etdiyi Bundestimi son dünya çempionatının qalibi edib.