"Qrupun ilk oyunudur və çətin olacağını bilirik. Rəqib haqda məlumat verirlər, ancaq biz öz oyunumuzu düşünməliyik. Bütün Azərbaycan qələbə haqda düşünür". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Kamran Ağayev San Marino yığması ilə keçiriləcək DÇ-2018-in seçmə mərhələsinin ilk oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
30 yaşlı əlcək sahibi sabah baş tutacaq görüş haqda bunları bildirib: "Əlimizdən gələni etməyə borcluyuq. San marinoya qələbə üçün gəlmişik. Düşünmürəm ki, bizim üçün qələbə qazanmaq çətin olmayacaq. Artıq nətivcə verməyin vaxtıdır. Çətin olacaq, amma qələbə qazanmalıyıq. Biz qapıçıların mövqeyi elədir ki, ancaq müdafiə olunuruq. Amma hücum da qurulur. Zədə səbəbindən bir müddət oynamaqdan əziyyət çəkmişəm. Səhv eləmək niyyətində deyiləm. Start heyətində çıxacağım hər şey demək deyil. Mən sabah tək Kamran Ağayevi yox, bütün Azərbaycan xalqını təmsil edəcəm. Klubsuz qalmağım millidən kənar məsələdir. Ancaq hamı zədədən qorunmalıdır. Bununla ftbol karyeramın bağlanmasını demək olmaz".











































































