Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci il dünya çempionatının seçmə mərhələsində San Marino yığması ilə sabahkı rəsmi oyuna start heyətini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis millinin debütantları olan olan Emin Mahmduovla Ramil Şeydayevə ilk dəqiqələrdən şans verməyəcək.
Prosineçkinin fikrincə, onlar klublarında çıxış etmədiklərindən son vaxtlar oyun təcrübələri azdır: "Əsas heyətlə bağlı çox düşündüm və çətinlik çəkdim. Bu, son 10-12 gündə oyunçuların durumunu nəzərə alaraq idi. Mənim fəlsəfəm hücumameylli oyundur. Heyətdə Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov və Ruslan Qurbanov yer alacaq".
Xatırladaq ki, San Marino - Azərbaycan matçı Bakı vaxtilə saat 20:00-da start götürəcək.











































































