1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çəlikəl UEFA qərarına aydınlıq gətirdi
"Qarabağ"ın Avropa Liqasında qrup mərhələsinin ilk oyununu keçirəcəyi stadion müəyyənləşib.
Klubun direktoru Əmrah Çəlikəl Sportnet.az-a açıqlamasında sentyabrın 15-də Çexiya "Slovan"ını Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da qəbul edəcəklərini bildirib.
Çəlikəl artıq bununla bağlı UEFA-nın yekun qərar qəbul etdiyini söyləyib: "Məlum olduğu ki, bir neçə gün öncə Bakıya göndərilən UEFA-nın xüsusi nümayəndə heyəti stadionlarımızı gəzdi. Biz oyunun uzun müddətə icarəyə götürdüyümüz Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyinə ümid bəsləyirdik. Hətta bununla bağlı UEFA-ya öz təklifimizi vermişdik. Bu da ilk növbədə ot örtüyü ilə bağlı idi. Ancaq UEFA həm bu amili, həm də idmançıların təhlükəsizliyini əsas gətirərək, oyunun "Dalğa Arena"da keçirilməsinə qərar verdi".
Qeyd edək ki, görüş saat 19:00-da başlanacaq.