1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fatih Terimlə Emre Mor arasında gərginlik
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyun zamanı Türkiyə yığmasının baş məşqçisi Fatih Terimlə gənc futbolçu Emre Mor arasında gərginlik yaranıb.
Sportnet.az-ın məlumatına görə, matçın ən fəallarından olan Mor əvəzlənməsinə etiraz edib. 84-cü dəqiqədə Volkan Şənlə əvəzlənən 19 yaşlı futbolçu buna görə Terimə etiraz edərək soyunub-geyinmə otağına getməkdən imtina edib. Futbolçu yalnız baş məşqçinin növbəti tələbindən sonra paltardəyişmə otağına yollanıb.
Matçdan sonra mətbuat konfransında bu olaya toxunan təcrübəli mütəxəssis gənc ulduzla heç bir problemlərinin olmadığını söyləyib: "Emre bizim ərköyün uşağımızdır. Komanda yoldaşlarından ona topun az ötürülməsindən narazılığını bildirdi. Mən də bu mövzunu soyunub-geyinmə otağında müzakirə edəcəyimizi bildirib onu ora göndərdim".
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.