1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Liqasının finalı Bakıda keçirilə bilər
Avropa Liqasının final oyunu Bakıda keçirilə bilər. Sportnet.az-ın Rekord.az-a istinadən məlumatına görə, bu barədə AFFA rəhbərliyi UEFA ilə danışıqlar aparıb.
Avropa futbol qurumu da ideyaya müsbət yanaşıb və AÇ-2020 öncəsi bir "sınaq" finalını Bakıya etibar etmək fikrindədir. Final matçı üçün 68 minlik Olimpiya Stadionu təklif edilib.
AFFA-nın baş katibi Elxan Məmmədov belə bir ehtimalın olduğunu təsdiqləyib: "Bəli, AFFA prezidenti Rövnəq Abdullaye UEFA rəhbərliyi ilə görüş zamanı bunu onlara bildirib ki, bizim yeni stadionumuz var və yaxşı olardı ki, böyük final oyunları burada keçirilsin. Hazırda biz bütün diqqətimizi AÇ -2020-nin oyunlarına yönəltmişik. Final məsələsinə gəlincə, UEFA-nın keçirəcəyi yeni bir yarış – Millətlər Liqası da var. Bu yarışlar qruplar üzrə keçiriləcək və onların da finalı olacaq. Sözün düzü, bu həlledici görüşü qəbul etmək haqda görüşürük. Çempionlar Liqasının finalı barədə 2020-ci ildən sonra müraciət etmək fikrindəyik. Amma Avropa Liqasının finalı buna qədər ola bilər".