1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Komandada müəyyən ağırlıq var"
"Çalışdıq ki, fasilə müddətindən səmərli istifadə edək. "İnter"lə çempionat oyunu komandanın formaya düşdüyünü, ritmi tutduğunu göstərdi". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlamasında deyib.
DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasilədəki hazırlıqdan söz açan Ş.Diniyev bunları bildirib: "Çempionatda yaranan fasiləni sığortalamaq üçün hazırlıq dövrünü iki beş günlük mərhələyə böldük. İlk olaraq daha çox fiziki hazırlığın üzərində işlədik. Yorğunluq fonunda U-21 yığması yoxlama matçı keçirdik. Bu oyunda iki heyətlə çıxış etməklə bütün futbolçulara meydana çıxmaq şansı verdik. Sonrakı mərhələdə taktiki hazırlığa üstünlük verib, yekunda "Şərurspor" ilə oynadıq. Fiziki çalışmalardan sonra hələlik komandada müəyyən ağırlıq var. Bu həftə məşqlərimiz taktiki və texnik hazırlıq üzərində qurulub. Standartlar, hücum və müdafiə zamanı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik. Bütün məşqlərimiz "Zirə” ilə oyuna köklənmiş hazırlıq olacaq".