Futbol üzrə 2026-cı il dünya çempionatı 40 yığma komandanın iştirakı ilə 3 ölkədə təşkil oluna bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib.
O bildirib ki, məsələ 13-14 oktyabrda İsveçrənin Sürix şəhərində keçiriləcək toplantıda müzakirə olunacaq. DÇ-2026-ya ABŞ, Kanada və Meksikanın birgə namizədlik verəcəkləri gözlənilir.
Qeyd edək ki, hazırda dünya çempionatlarında 32 ölkə iştirak edir. UEFA isə 2016-cı il Avropa çempionatından etibarən komandaların sayını 16-dan 24-ə yüksəldib. AVRO-2020 isə qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq.