"Qəbələ"nin sabiq futbolçusu Ruslan Fomin Ukraynanın "İliçevets" klubu ilə anlaşıb. Sportnet.az-ın məlumatına görə, müqavilə əsasən Fomin mövsüm sonunadək bu komandada çıxış edəcək.
30 yaşlı hücumçu 86 nömrəli futbolkanı geyinəcək. Artıq futbolçu 2011-2012 və 2012-2014-cü illərdə bu komandada çıxış edib.
Qeyd edək ki, 2015-ci ilin yanvarında "Qəbələ"nin düşərgəsinə qatılan Fomin mövsüm sonunadək "qırmızı-qaralar"da çıxış edib. O, karyerası ərzində Ukraynanın "Arsenal", "Şaxtyor", "Metallist", "Zarya", "Çernomorets", Qazaxıstanın "Atırau" klublarında top qovub. Futbolçunun sonuncu klubu Yunanısta "Apollon Smirnis"i olub.









                 





    
    
    
    
    
    
    
    
    






















































