UEFA Türkiyə klublarının Çempionlar Liqasında (ÇL) və Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının başlanma vaxtlarını dəyişdirib. Sportnet.az-ın məlumatına görə, bu, oktyabrın 30-dan keçiriləcək matçlara, yəni qrup mərhələsində ikinci dövrə oyunlarına aiddir.
Dəyişiklik onunla bağlıdır ki, Türkiyədə yaydan qış vaxtına keçid ləğv olunub. Nəticədə ÇL-də oyunların yerli vaxtla 22:45-də, Avropa Liqasında 00:05-də başlaması həddən artıq gec vaxt sayılır. Avropanın ən nüfuzlu klub turnirində matçlar 20:45-də başlayacaq. Avroliqa üçünsə bu, saat 19:00 təyin olunub.
Bundan əlavə, Avropa Liqasında qrup mərhələsinin son turunda Türkiyə klubunun rəqiblərinin vaxtı dəyişdirilib. Belə ki, Türkiyədə "Konyaspor" - "Gent" oyunu 19:00-da başlayacağından, "Braqa" - "Şaxtyor" qraşılaşması da həmin vaxta salınəb.
Xatırladaq ki, UEFA Azərbaycan, Rusiya və Qazaxıstandakı oyunları da tez başlayır.