1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aqil Məmmədov: "Aqibətim necə olacaq? Öləcəyəm" - MÜSAHİBƏ
AZAL-ın qapıçısı Aqil Məmmədov "İnter"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Sizin üçün önəmli sayılacaq matçda məğlub oldunuz...
- Bu oyunda udsaydıq da, uduzsaydıq da çempionatdakı mövqeyimiz dəyişməyəcəkdi. Sadəcə qalib gələrək psixoloji durumu yaxşılaşdırmaq istəyirdik. Nə vaxtdır ki, qalib gələ bilmirik. Ancaq yenə də alınmadı.
- Qışdan sonra heyət gücləndi, amma yenə də qalib gələ bilmirsiniz. Artıq qalibiyyətsizlik seriyası 10-a çatdı...
- Oyuna baxanda pis deyilik. Top saxlayırıq, hücum qururuq. Sadəcə qapıya yaxınlaşanda cərimə meydançasına düşə bilmirik. Mənə elə gəlir ki, qol imkanlarından istifadə edə bilmirik. Əsas problemimiz də budur.
- Yəni səncə, komandaya bir güclü forvard gətirilsəydi, işlər qaydasına düşərdimi?
- Güclü hücumçu deyəndə ki, bu büdcə ilə kimdirsə, onu da tapıb gətiriblər. Nə edə bilərik?
- Komandanın son pilləni tutması rəsmiləşdi. I Diviziona yuvarlanan komandanın heyətində yer almaq yəqin yaxşı hiss deyil?
- AZAL-ın hər bir şəraiti var. Heç kim istəməz ki, bu cür komanda aşağı liqaya düşsün. Amma hələ heç nə dəqiqləşməyib.
- Necə düşünürsən, AFFA sadaladığın məsələləri nəzərə alıb AZAL-a güzəştə gedərmi?
- Nə deyim bu haqda. Heç nə deyə bilmərəm.
- Tərlan Əhmədov isə deyib ki, AFFA AZAL-ı liqada saxlasa belə, bu büdcə ilə oynamaq bizə lazım deyil...
- Tərlan müəllim düz deyir. Bu cür büdcə ilə oynamaq çox çətindir.
- Bəs sənin özünün aqibətin necə olacaq?
- Mənim aqibətim? Mən öləcəyəm (gülür - red.). Təkliflər var, mövsümün sonuna qədər AZAL-ın heyətində 1-2 qələbə qazanmaq istəyirik.
- AZAL-a gəldin ki, formadan düşməyəsən. Verdiyin qərara peşman olmadın?
- Xeyr, heç bir peşmançılıq olmadı.
- Yəqin ki, karyeranda bu qədər məğlubiyyət görməmişdin...
- Mən həmişə iddialı komandalarda oynamışam. Ancaq qismət bu dəfə belə gətirdi. Neyləmək olar?
- Bu gün "Neftçi”də qapıçı problemi var. Bu haqda fikrin necədir?
- "Neftçi” haqda danışmaq istəmirəm. Köhnə komandam olub.
- Yenidən təzə komandan ola bilərmi?
- (gülür) Bilmirəm. Gözləyək görək necə olur.