1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ı məğlub etmiş klub çempion oldu
"Seltik" klubu ardıcıl 6-cı dəfə futbol üzrə Şotlandiya çempionu olub.
Sportnet.az-ın məlumatına görə, "keltlər" sona 8 tur qalmış buna nail olublar. XXX turda səfərdə "Harts"ı 5:0 hesabı ilə yenən Brendan Rocersin baş məşqçi olduğu komanda son 88 ildə ən erkən çempion adını qazanıb. Klub çempionat matçlarının hələ 79,9 faizini keçirib.
"Seltik" oynadığı qarşılaşmalarda bir məğlubiyyət belə almayıb və cəmi iki heç-heçə edərək, 86 xal toplayıb. İkinci pillədəki "Aberdin"in 61 xalı var. Tarixində 48-ci dəfə əldə etdiyi çempionluq sayəsində Qlazqo təmsilçisi 2017-2018 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək.
Qeyd edək ki, "Seltik" 2015-2016 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı mübarizədən kənarlaşdırıb - 1:0, 0:0.