1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" aylığı 15 min dollarlıq futbolçu gətirir - VİDEO
"Qəbələ” klubunun qış fasiləsində heyətinə qatmağa hazırlaşdığı futbolçulardan birinin adına aydınlıq gəlib.
Sportnet.az fanatik.ro saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi Rumıniyanın "Astra” komandasının oyunçusu Aleksandru Dandyanın xidmətində maraqlıdır.
Bildirilir ki, "Qəbələ” nümayəndələri 29 yaşlı yarımmüdafiəçini iş başında görmək üçün noyabrın 26-da Rumıniya çempionatının XXVI turu çərçivəsində keçirilmiş "Astra” – "Styaua” görüşünü canlı izləyiblər. Curcu təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi matçda Dandya 90 dəqiqə forma geyinib.
2015-ci ildə "Metalul Reşitsa”dan transfer edilən və həmin dövrdə aylıq təqribən 400 dollar maaş alan yarımmüdafiəçi cari mövsümdə "Astra”nın əsas heyət üzvünə çevrilə bilib. "Qəbələ”nin isə Dandya üçün aylıq 15 min dollar maaş və əlavə bonuslar təklif etdiyi vurğulanır.
Qeyd edək ki, Aleksandru Dandya 2013/2014 mövsümündə Ukraynanın "Qoverla” komandasında da çıxış edib. Həmin dövrdə "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk vətənində "Çernamorets”ə rəhbərlik etdiyindən, ukraynalı mütəxəssisin rumıniyalı futbolçunu tanıması mümkündür.
Dandya bu il Avropa Liqasının II təsnifat mərhələsində "Astra”nın heyətində "Zirə”yə qarşı da forma geyinib. O, Curcu təmsilçisinin evdə 3:1 hesabı ilə qalib gəldiyi görüşün 55-ci dəqiqəsində fərqlənib və 63-cü dəqiqədə əvəzlənib. Bakıda qolsuz başa çatan qarşılaşmada isə təcrübəli oyunçu 90 dəqiqə forma geyinib. (Report)
]