
"Zirə" klubunun sabiq futbolçusu Migel Lorenzo özünə yeni komanda tapıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi Portuqaliyanın səviyyəcə ikinci liqasında çıxış edən "Unian Madeyra" ilə müqavilə imzalayıb.
Lorenzo 1,5 illik müqaviləyə qol çəkib. O, "Zirə"də ötən mövsümü icarə əsasında keçirib. Müqavilə üzrə "Vitoriya Setubal"a məxsus mərkəz müdafiəçisi Azərbaycan klubunu yayda tərk edib.
Qeyd edək ki, Migel Lorenso vaxtilə Portuqaliyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.