1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Neftçi" ilə sabah görüşəcəyəm"
"ÇFR-lə danışıqlarımız oldu. Amma onlar eyni zamanda başqa namizədləri də nəzərdən keçirirlər. Ona görə də "Neftçi”yə cavab verməyə tələsmirdim”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri Rumıniya mətbuatına açıqlamasında Marius Şumuditsa deyib. "Neftçi”dən gələn təklifə "yox” demədiyini bildirən rumıniyalı mütəxəssis şənbə günü Bakı klubunun rəsmiləri ilə görüşəcəyini söyləyib:
"Mən heç kimin təklifindən imtina etməmişəm. Şənbə günü "Neftçi” rəhbərliyi ilə Buxarestdə görüşümüz olacaq. Bilirəm ki, hazırda Azərbaycanda maliyyə problemi var. Düzdür, Bakı gözəl şəhərdir. Orada yaşamaq istəyərəm. Amma əvvəlcə əmin olmalıyam ki, məşqçilər korpusumda yer alan 4 mütəxəssis mənimlə "Neftçi”də işləyə biləcək. Onları belə asanlıqla buraxa bilmərəm”.
Qeyd edək ki, Rumıniya mətbuatı "Neftçi”nin Şumuditsaya köməkçiləri ilə birlikdə 450 min avro pul təklif etdiyini yazıb (qol.az).