"Neftçi” Premyer Liqanın 11-ci turunda qarşılaşacağı "Keşlə” ilə matçın hazırlığını başa vurub.
Sportnet.az xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
Xatırladaq ki, noyabrın 9-u "ASCO Arena”da keçiriləcək "Keşlə” – "Neftçi” oyunu saat 17:00-da başlanacaq.