2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirmək üçün bu gün Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına start verib.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətləniblər. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşqdə futbolçular topsuz və toplu çalışmaları yerinə yetiriblər.
Zədədən sonra bərpa prosesi keçən Rasim Ramaldanov komandadan ayrı fərdi məşqlə kifayətlənib.