"Syomin və Berdıyev istedadlı insanlardır. Onlara güzəştə getmək olar".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Rusiyanın "Anji", "Amkar", "Krılya Sovetov" kimi klublarının sabiq baş məşqçisi Hacı Hacıyev yerli mətbuata açıqlamasında bir neçə gün öncə Moskva "Lokomotiv"indən istefaya göndərilən Yuri Syomin və ötən yay "Rubin"dən ayrılan Kurban Berdıyev haqqında danışarkən deyib.
Əməkdar məşqçi bildirib ki, hər iki mütəxəssisin durumu həm fərqli, həm də oxşardır: "Məsələnin məğzi ondadır ki, hər ikisi yaxşı baş məşqçidir. 20 il belə yüksək səviyyədə nəticə vermək üçün istedadlı olmaq lazımdır. "Qəbələ" ilə Azərbaycan çempionatında 3-cü yeri tutmaq dəyərlidir. Sonra "Mordoviya"nı Rusiya Premyer Liqasında ilk "8-liy"ə yüksəltmək, "Dinamo" (Kiyev) ilə "Şaxtyor"u məğlub etmək - bütün bunlara Syomin nail olub. Eləcə də Berdıyev təkcə Kazanda deyil, Rostovda da uğu qazanıb. Belə istedadlı insanlara nadir əşya kimi yanaşmaq lazımdır".
Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"yə başçılıq edib.