
"Qarabağ" klubunun üzvlərindən götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub.
Ağdam təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, klubun bütün üvzlərinin testi mənfi çıxıb və onlarda virus aşkarlanmayıb.
Qeyd edək ki, "Qarabağ"ın rəhbərliyi, məşqçilər heyəti, futbolçuları başda olmaqla, bütün klub işçiləri mayın 15-də koronavirus testi veriblər.