"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi matçdan öncə son məşqinə çıxıb.
Sportnet.az xəbər verir ki, məşq qarşılaşmanın oynanılacağı Kiprin Larnaka şəhərindəki "AEK Arena"da gerçəkləşib. Hazırlıq prosesində zədə problemi olan Mahir Emreli də iştirak edib.
Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.