Futbol üzrə Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqu növbəti dəfə koronavirusa yoluxub.
Sportnet.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis San-Pauloda xəstəxanaya yerləşdirilib.
Luşemburqu koronavirusun fəsadlarını hiss edən zaman Rio-de-Janeyroda olub. Daha sonra klinikaya getməyə qərar verib.
Qeyd edək ki, Vanderley Luşemburqu iyulda da koronavirusa yoluxub. O, həmin vaxt xəstəliyi simptomsuz keçirdiyini bildirmişdi. Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.