İngiltərənin "Çelsi" klubu qarşıdakı iki transfer dönəmindəı bir neçə oyunçusunu satmaq istəyir.
Sportnet.az "Sky Sport"a istinadən xəbər verir ki, London təmsilçisi Antonio Rüdiger, Jorjinyo, Markos Alonso, Ross Barkli, Denni Drinkouter və Viktor Mozeslə yollarını ayırmaq niyyətindədir.
"Zadəganlar" büdcəni doldurmaq üçün bu addımı atıb.
Qeyd edək ki, "Çelsi" son transfer dönəmində 200 milyon funt sterlinq xərcləyib.