
İngiltərənin "Kuinz Park-Reyncers" klubunun sosial şəbəkə hesabından irqçi yazılar paylaşılıb.
Sportnet.az xəbər verir ki, hakerlər klubun rəsmi tvitter hesabını ələ keçirib.
Onlar London təmsilçisinin adından qeyri-etik postlar yayımlayıblar.
Daha sonra klub həmin paylaşımlara görə üzr istəyib və hakerlərin axtarışa verildiyini bildirib.