Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Marsel" komandası üzərində 2:1 hesablı qələbə qazanan PSJ titula sahib çıxıb.
Paris təmsilçisindən qolları 39-cu dəqiqədə Mauro İkardi, 85-ci dəqiqədə penaltidən Neymar vurub. "Marsel"in heyətində isə 89-cu dəqiqədə Dimitri Payet fərqlənib.