
“Qəbələ” komandası U-17 kubokunu qazanıb.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün keçirilən final oyununda “Qarabağ”la qarşılaşıb.
Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib – 2:2. Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Zaur Hacıyevin yetirmələri 5:4 hesablı qələbə qazanıb.
Qarşılaşmadan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim olunub.