Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli "Keşlə" klubundan ayrılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə yarımmüdafiəçi özünün feysbuk səhifəsində yazıb.
O, hər şeyə görə sabiq komandasına təşəkkür edib.
Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ilin yanvarından paytaxt təmsilçisində çıxış edirdi.