
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya bölgəsinəki təlim-məşq toplanışında son yoldaşlıq oyununa çıxıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəqib Özbəkistanın 20 yaşadək futbolçulardan ibarət komandası olub.
Qarşılaşma özbəkistanlı futbolçuların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qolunu Qara Qarayev vurub.