Azərbaycan Premyer Liqasının l turunda bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçına giriş biletsiz olacaq.
Sportnet.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirib ki, azarkeşlərin tribunalara buraxılması ilə bağlı qərar gec verildiyinə görə bu matça bilet satışı həyata keçirilməyəcək.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.