Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu evdə İtaliya "Napoli"sinə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda fərqlənib.
O, görüşün 11-ci dəqiqəsində topu rəqib qapısından keçirməklə hesabı açıb.
Qeyd edək ki, bu, Emrelinin Varşava təmsilçisində 11-ci qolu olub.