
Gürcüstanın “Zestafoni” futbol klubunun təsisçisi və prezidenti İlya Kokaya 65 yaşında faciəvi şəkildə ölüb.
Sportnet.az xəbər verir ki, iş adamı Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən yıxılaraq başından xəsarət alıb və vəfat edib.
Onunla zirvəni fəth etməyə yollanan digər biznesmen Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.
Qeyd edək ki, İlya Kokaya təcrübəli alpinist olub. O, ötən ay Afrikanın ən hündür zirvəsinə – Kilimancaroya qalxıb.